Nyu-York

Şəhər
Nyu-York
New York
Böyük alma, Heç vaxt yatmayan şəhər, Qotham və s.
Saat əqrəbi istiqamətində: Midtaun Manhetten, Tayms-skver, Unisfera, Bruklin körpüsü, Aşağı Manhetten və Dünya Ticarət Mərkəzi 1, Sentral park, BMT Baş Qərərgahı və Azadlıq heykəli
Saat əqrəbi istiqamətində: Midtaun Manhetten, Tayms-skver, Unisfera, Bruklin körpüsü, Aşağı ManhettenDünya Ticarət Mərkəzi 1, Sentral park, BMT Baş QərərgahıAzadlıq heykəli
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
40°39′ şm. e. 74°03′ q. u.
Ölkə
Ştat Nyu-York ştatı
Mer Erik Adams
Tarixi və coğrafiyası
Əsası qoyulub 1624[1], 1626[2]
Sahəsi

Ümumi: 1.223.59 km²
Quru: 778.19 km²

Su: 445.40 km²
Mərkəzin hündürlüyü 11 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.804.190 nəf. (1 aprel 2020)[4]
Sıxlığı 11,31368 nəf./km²
Rəsmi dili ingilis dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 212, 347, 646, 718, 917, 929
Poçt indeksi 10000–10499, 11004–11005, 11100–11499, 11600–11699
Nəqliyyat kodu NY
Digər
Ərazisinə görə ən böyük bölgəsi Kuins (280 km²)
Əhalisinə görə ən böyük bölgəsi Bruklin (2019: 2.559.903)
ÜDM $830 milyard (2020)
nyc.gov
Nyu-York xəritədə
Nyu-York
Nyu-York
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyu-York (ing. New York; New York City) qısa adı ilə NYCNyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur.[5] 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir.[6] Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri[7][8] və qlobal investorlar üçün etibarlı sığınacaqdır.[9] Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir.

Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir. Bu beş boro — Bruklin (Kinqs dairəsi), Kuins (Kuins dairəsi), Manhetten (Nyu-York qraflığı), Bronks (Bronks dairəsi) və Staten-Aylend (Riçmond dairəsi) 1898-ci ildə vahid bir şəhərə birləşdirilmişdir.[10] Şəhər ABŞ-yə immiqrantlar üçün giriş qapısıdır. Nyu-Yorkda 800-ə qədər müxtəlif dildə danışılır ki, bu da onu dünyanın linqvistlik cəhətdən ən müxtəlif şəhəri edir.[11] Nyu-Yorkda ABŞ-dən kənarda doğulmuş 3,2 milyondan çox sakin yaşayır. Buna əsasən 2016-cı ildə şəhər dünayda ən çox əcnəbi yaşayan şəhər qəbul edilmişdir.[12][13] 2018-ci ilə qədər Nyu-York aqlomerasiya regionunun təxminən 1,8 trilyon ABŞ dollarlıq ümumi aqlomerasiya məhsulu (GMP) istehsal etidyi təxmin edilir və bu, ABŞ-də birinci yerdədir. Nyu-York aqlomerasiya regionu suveren dövlət olsaydı, dünyanın səkkizinci ən böyük iqtisadiyyatına sahib olardı. Şəhər dünyada ən çox milyarderin yaşadığı yerdir.[14]

Nyu-Yorkun izləri 1624-cü ildə Yeddi Birləşmiş Əyalət Respublikasından olan kolonistlər tərəfindən Aşağı Manhettendə qurulan ticarət məntəqəsinə qədər gedib çıxır. Məntəqə 1626-cı ildə Yeni Amsterdam (nid. Nieuw Amsterdam) olaraq adlandırılmış və 1653-cü ildə şəhər statusu almışdır. Şəhər 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və İngiltərə kralı II Karl buranı qardaşı York hersoqu II Ceymsə verdikdən sonra Nyu-York adlandırıldı.[15][16] Nyu-York 1673-cü ildə hollandlar tərəfindən geri alındı və bir il üç ay müddətində Nyu-Orenc adlandırıldı; 1674-cü ilin noyabrından bəri Nyu-York olaraq adlandırılır. Şəhər 1785-ci ildən 1790-cı ilə qədər ABŞ-nin paytaxtı olub,[17] 1790-cı ildən bəri isə ABŞ-nin ən böyük şəhəri statusunu qoruyur. XXI əsrdə Nyu-York qlobal yaradıcılıq, sahibkarlıq[18] və ekoloji davamlılıq qovşağı[19][20] və azadlıq və mədəni müxtəlifliyin simvoludur.[21] Nyu-York 2019-cu ildə dünyanın 48 şəhərindən olan 30.000-dən çox insan arasında aparılan sorğu nəticəsi ilə dünyanın ən böyük şəhəri seçildi.[22]

Nyu-Yorku 2019-cu ildə rekord sayda — 66,6 milyon turist ziyarət etmişdi. Tayms-skver dünya əyləncə sənayesinin əsas mərkəzidir.[23] Şəhərin bir çox görməli yerləri, göydələnləri və parkları bütün dünyada tanınır. Empayr Steyt Bildinq hündürlüyünə görə digər tikililərdən fərqlənir.[24] Manhettenin daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarlarından biridir.[25][26] Davamlı — 7/24 xidmət göstərən Nyu-York metropoliteni 472 dəmiryol stansiyası ilə dünyanın ən böyük metropolitenidir. Şəhərdə 120-dən çox kollec və universitet, o cümlədən Kolumbiya Universiteti, Nyu-York UniversitetiNyu-York Şəhər Universiteti yerləşir. Aşağı Manhettendə "maliyyə bölgəsi" adlanan Uoll-Strit və dünyanın iki ən böyük birjası — Nyu-York Fond BirjasıNASDAQ yerləşir.[27][28]

  1. https://www.history.com/topics/us-states/new-york.
  2. Deutsche Nationalbibliothek Record #4042011-5 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 archINFORM (alm.). 1994.
  4. 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
  5. "World Urban Areas" (PDF). Demographia. aprel 2018. 2016-10-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: aprel 27, 2018.
  6. "10 Most Photographed Places in the World Will Surprise You". Travelzoo, Canadian Edition. May 24, 2018. June 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 25, 2021.
  7. "NYC Mayor's Office for International Affairs". The City of New York. iyun 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 24, 2015.
  8. "DDC New York". Digital Diplomacy Coalition, New York. iyul 27, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 11, 2018. Established in 2014, DDC New York has partnered with the United Nations, major tech and social media companies, multiple governments, and NGOs to bring unique programs to the area community.
  9. [1] Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine Ashkan Zandieh. Accessed iyun 1, 2022.
  10. "A 5-Borough Centennial Preface for Katharine Bement Davis Mini-History". The New York City Department of Correction. 1997. oktyabr 23, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 26, 2011.
  11. Lubin, Gus. "Queens has more languages than anywhere in the world—here's where they're found". Business Insider. fevral 15, 2017. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 29, 2019.
  12. "More Foreign-Born Immigrants Live in NYC Than There Are People in Chicago". HuffPost. dekabr 19, 2013. 2018-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: aprel 16, 2017.
  13. "Population of the United Kingdom by Country of Birth and Nationality". Office for National Statistics. İstifadə tarixi: oktyabr 26, 2021.[ölü keçid]
  14. Jemima McEvoy. "Where The Richest Live: The Cities With The Most Billionaires 2022". Forbes. September 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2022.
  15. "History of New York City, New York". U-S-History.com. 2012-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: sentyabr 9, 2012.
  16. Sitat səhvi: Yanlış <ref> teqi; npsnetherland adlı istinad üçün mətn göstərilməyib
  17. Fortenbaugh, Robert. "The Nine Capitals of the United States". United States Senate. 1948. 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: sentyabr 7, 2008.
  18. "Venture Investment—Regional Aggregate Data". National Venture Capital Association and PricewaterhouseCoopers. aprel 8, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: aprel 22, 2016.
  19. "The Latest: US Says World Closer to Key Goal on Climate Deal". The New York Times. Associated Press. aprel 22, 2016. aprel 25, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: aprel 22, 2016.
  20. Foderaro, Lisa W. "Taking a Call for Climate Change to the Streets". The New York Times. sentyabr 21, 2014. İstifadə tarixi: aprel 22, 2016.
  21. Phillips, Kristine. "New York mayor on Germany trip: The world should know that Americans don't align with Trump". The Washington Post. iyul 8, 2017. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 9, 2017.
  22. Gleason, Will. "Citing its diversity and culture, NYC was voted best city in the world in new global survey". Time Out. mart 11, 2019. May 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2019. After compiling the thoughts of over 30,000 people, both from our NYC readership and half-a-world away, New York was voted the greatest city on the planet for 2019. In a hint as to why this happened, and why now, it also lead [sic] the categories of most diverse metropolis and best culture.
  23. "New York Architecture Images—Midtown Times Square". 2011 nyc-architecture. yanvar 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2011.
  24. Multiple sources:
  25. "Manhattan, New York—Some of the Most Expensive Real Estate in the World Overlooks Central Park". The Pinnacle List. noyabr 29, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: noyabr 24, 2014.
  26. Brennan, Morgan. "The World's Most Expensive Billionaire Cities". Forbes. mart 22, 2013. 2014-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 6, 2013.
  27. Bird, Mike. "The 25 cities with the most economic power on earth". Insider. sentyabr 22, 2015. August 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2020.
  28. Florida, Richard. "What Is the World's Most Economically Powerful City?". The Atlantic (ingilis). May 8, 2012. June 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2020.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search